Menu

ABŞ-da qaradərilini öldürüb bəraət almış polis həbs edildi

10.01.2015, 19:22
ABŞ-da qaradərilini öldürüb bəraət almış polis həbs edildi

ABŞ-ad qaradərili yeniyetmənin qətl işi ilə bağlı andlılar məhkəməsi tərəfindən bəraət almış polis əməkdaşı Corc Çimmerman həbs olunub. Musavat.com-un məlumatına görə, CNN-in bu barədə yaydığı xəbərdə o, silah tətbiq eləməklə məişət zorakılığına ittiham olunur.

O, Leyk-Meri şəhərində həbsə alınıb.

Çimmerman ötən ilin sentyabrında öz qayınatası və arvadını hədələdiyi üçün saxlanmışdı. Noyabrın 18-də isə rəfiqəsinə hücum çəkməyə görə tutulmuşdu. O zaman o, 9 min dolların qarşılığında zaminə çıxmışdı. Bundan əvvəl - keçən ilin iyulun isə polis patrulu qismində iş başında ikən 14 yaşlı qaradərilini guya əldə silah müqavimət göstərdiyi üçün öldürmüşdü.

Məhkəmə ona bəraət verdikdən sonra ölkədə irqi-ayrı seçkiliyə görə kütləvi aksiyalar başlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol