Menu

Qadın turist Disneylendi partlatmaqla hədələdi

10.01.2015, 20:01
Qadın turist Disneylendi partlatmaqla hədələdi

Fransada yenidən terror həyəcanı yaşandı

ANS PRESS-in məlumatına görə, 30 yaşlı bir turist qadın Disneylenddə özünü partladacağını deyib.

Hadisə şahidləri bildirir ki, qadın özünü partladacağı haqda mehmanxananın pəncərəsindən qışqırıb.

Turist həmçinin deyib ki, o, bir neçə gün əvvəl Parisdə marketlərdən birində xüsusi təyinatlı qüvvələrin əməliyyatı nəticəsində öldürülən Amedi Kulibalinin silahdaşıdır.

Hadisə “Sequoia Lodge” mehmanxanasında olub. Oteldə hər kəs təxliyyə edilib.

Polis 30 yaşlı turisti saxlaya bilib. Məlum olub ki, qadının üzərində heç bir partlayıcı maddə yoxdur. İndi qadın "yanlış informasiyanın yayılması" ilə ittiham edilərək bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq. Onu iki il azadlıqdan məhrum edilmə və ya 30 min avro cərimə gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol