Menu

SOCAR Gürcüstanda benzini bir az da ucuzlaşdırdı

10.01.2015, 23:51
SOCAR Gürcüstanda benzini bir az da ucuzlaşdırdı

“SOCAR Georgia petroleum” qonşu ölkədə neft məhsullarını ucuzlaşdırmaqda davam edir. Musavat.com gürcü qaynağına istinadən verdiyi məlumata görə, şirkətdən bildirilib ki, beynəlxalq bazarda yanacağın qiymətinin düşməsi fonunda SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma stansiyalarında da neft məhsullarının qiyməti endirilir.

Belə ki, qiymətlər daha 5-6 tetri (1 dollar 1,92 laridir) endirilib və aşağıdakı kimi olub: “nano-dizel” – 1,75 lari, “avrodizel” – 1,94 lari, “nano requlyar” – 1,78 lari, “avrorequlyar” – 1,81 lari, “nanopremium” – 1.89 lari, “super” markalı benzin – 1,99 lari.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol