Parisdə törədilmiş terror hadisələrini araşdıran 44 yaşlı polis komissarı Elrik Fredunun müəmmalı ölümü Fransada bomba effekti verib. Virtualaz.org saytı “France 3” telekanalına istinadən xəbər verir ki, komissar son vaxtlar özünü qəribə aparır, sarsıldığını və yorulduğunu deyirmiş.
“Charlie Hebdo” satiric jurnalının redaksiyasına terrorçu basqın olayını araşdıran E.Fredunun intihar etməsi rəsmi versiya olsa da Fransada ictimai rəy artıq fərqli qənaətlər irəli sürür.
“France 3” telekanalı xəbər verir ki, ölkədə getdikcə daha çox adam komissarın intihar etməsinə inanmamağa başlayıb. Onlar bu ölümü təsadüfi saymır. Belə hesab olunur ki, E.Fredu sadəcə olaraq aradan götürülüb. Fərziyyələrə görə, komissar öz araşdırmaları zamanı deyəsən, “çox dərinə gedib”, nəticədə Fransa hakimiyyətinin cəmiyyətdən gizlətməyə çalışdığı faktların izinə düşüb.
“Buna görə də arzuolunmaz komissarı aradan götürmək, bunun da adını intihar qoymaq qərarı verilib” - deyə Fransa KİV-ləri bu ölkədə sürətlə yayılan versiyaları tirajlayıb.


Şərhlər