Fransada 4 adamın həyatını itirdiyi terror hadisəsinin icracısı olmağda şübhəli bilinən Hayat Boumeddienenin Suriyada olduğu iddia edilir.
Fransız qəzeti "Le Figaro"nun istintaqı icra edən qaynaqlara istinadən verdiyi xəbərdə, Boumeddienenin yanvarın 2-də Madriddən İstanbula uçduğu, daha sonra Boumeddienenin Türkiyə-Suriya sərhədinə gələrək buradan Suriyaya keçdiyi bidirilir.
Xəbərdə həmçinin Hayat Boumeddien terror hadisəsinin baş verdiyi gün yeniden Suriyaya keçdiyi bildirilir. "Le Figaro" bu məlumatı Türk tərəfinin də təsdiqlədiyini iddia edir.


Şərhlər