Menu

Gürcüstanda matəm elan olundu - Ölənlərin sayı artdı - FOTO

20.11.2026, 10:37
Gürcüstanda matəm elan olundu - Ölənlərin sayı artdı - FOTO

Dünən Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Gürcüstanın müvafiq rəsmi orqanları məlumat yayıb.

Bundan öncə Tbilisinin kənarında yerləşən yaşayış binasında dünən baş verən qaz partlayışı nəticəsində 3 nəfərin həlak olduğu bildirilmişdi. Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili demişdi ki, daha üç nəfərin axtarışı davam edir. Artıq həmin üç nəfərin də cəsədi dağıntılar altından çıxarılıb. Onların heç birini xilas etmək mümkün olmayıb.

Altı nəfərin ölümündən sonra 22 noyabr Gürcüstanda matəm günü elan edilib. Bu barədə Gürcüstan hökuməti qərar verib.

Qərara əsasən, matəm günündə Gürcüstan ərazisində dövlət bayraqları yarıya endiriləcək.

Qeyd edək ki, dağıntılar altında qalan yeddi nəfərdən yalnız biri - üç yaşlı uşaq xilas edilib. Ölənlər arasında üç qadın, bir kişi və iki uşaq var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol