Menu

Liderlərin bəyannaməsindən Ukrayna bəndi çıxarılıb - ABŞ buna qarşı çıxıb

20.11.2026, 11:53
Liderlərin bəyannaməsindən Ukrayna bəndi çıxarılıb - ABŞ buna qarşı çıxıb

ABŞ Donald Tramp, Si Cinpin və Vladimir Putin arasında Çinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşdən sonra qəbul edilən yekun "sülh bəyannaməsi"ndən Ukrayna bəndini çıxarıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Berlində "Könüllülər Koalisiyası" görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Stubbun sözlərinə görə, sənədin ilkin layihəsində Ukrayna ilə bağlı bölmə olub, lakin orada istifadə olunan mətn Qərb tərəfdaşları üçün qəbuledilməz sayılıb. 

"Oradakı ifadələr uğursuz idi, ona görə də ABŞ onu çıxardı. Düşünürəm ki, bu, yaxşı haldır", - Stubb qeyd edib. Nəticədə, dərc olunmuş bəyannamədə yalnız BMT islahatı, neft məhsulları tədarükü, Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması və nüvə risklərinin azaldılması qeyd olunur, Ukraynadakı müharibəyə isə ümumiyyətlə yer verilmir.

Bundan əlavə, Stubb bildirib ki, Avropa liderləri gec-tez müharibəyə son qoymaq üçün Vladimir Putinlə birbaşa əlaqə və şəxsi görüş təşkil etməli olacaqlar. Onun sözlərinə görə, Rusiyada müharibə və sülh barədə qərarlar yalnız bir nəfər tərəfindən qəbul edilir, ona görə də münaqişə onunla dialoq olmadan həll edilə bilməz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol