Menu

Parisdə Birlik yürüşündə 2,5 milyon adam iştirak edib - VİDEO - FOTOLAR

11.01.2015, 17:56
Parisdə Birlik yürüşündə 2,5 milyon adam iştirak edib - VİDEO - FOTOLAR

Bu gün Parisdə dünyanı sarsıtmış terror olaylarına etiraz olaraq, möhtəşəm mitinq keçirilib. Parisdə keçirilən Birlik yürüşündə 2,5 milyon adamın iştirak etdiyi bildirilir. Yürüş-mitinqin Fransa tarixinin ən izdihamlı kütləvi toplantısı olduğu deyilir. Yürüşə Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Ukrayna və sair dövlətlərin rəhbərləri də qoşularaq radikal islamçıların Şarl Hebdo satirik jurnalına hücumunu pisləyiblər.

Yürüşdə Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, Türkiyə, Ukrayna və digər ölkələrin dövlət və hökumət başcıları iştirak edib.

Bu arada isə Avropa və ABŞ-ın təhlükəsizlik xidmətlərinin rəhbərləri görüşərək, terrora qarşı mübarizə aparmaq üçün öz işlərini koordinasiya etmək haqqında razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol