ABŞ-ın Goldman Sachs bankı Avro ilə bağlı proqnoz verib.
Marketwatch saytında yer alan xəbərdə, Goldman proqnozlarına görə, Avronun 2017-ci ilin Yanvar ayına qədər Dollar ilə bərabər qiymətə gələcəyi, 2018-ci ilin Yanvar ayına qədər isə bir avronun 80 sentə bərabər ola biləcəyi qeyd olunub.
Avronun düşüb, dolların bahalaşmasında ABŞ iqtisadiyyatının güclü böyüməkdə davam etməsinin və ABŞ Mərkəzi Bankı Fedin faizləri artırmasının böyük təsirinin olacağına diqqət çəkilib.
Goldman, Avro Bölgəsi hər nə qədər borc böhranından 2012-ci ilin ortalarında xilas olmuş olsa da bölgədə böyümə və rəqabətlilik sıxıntılarının davam etdiyinə diqqət çəkib.
Bankın analitikləri Robin Brooks, Fiona Leyk və Maykl Cahill bu səbəblərə görə Avronun Dollar qarşısında süqut etməkdə davam edəcəyinə işarə ediblər. /"Marja"


Şərhlər