Azərbaycan bankları tərəfindən verilən kreditlərin faizlərinin həddndən artıq yüksək olduğu haqda çox yazılıb. Kredit faizlərinin belə yüksək saxlanması bir tərəfdən ölkədə işgüzar mühitə mənfi təsir göstərir, sahibkarların maliyyə əldə etmək imkanlarını məhdudlaşdır, digər tərəfən isə məcburiyyət üzündən kredit götürən insanların soyulmasına, hətta bütün əmlakını itirməsinə, bəzi hallarda isə faciələrə, intiharlara səbəb olur.
Bu məsələ dəfələrə həm hökumət, həm də parlament səviyyəsində qaldırılsa da, həllini tapmayıb. Təsadüfi deyil ki, bu yaxınlarda ölkə prezidenti İlham Əliyev bankların kredit faizlərinin aşağı salınmasının təmin edilməsi barədə göstəriş verdi. Yalnız bundan sonra əhalidə müəyyən ümid yaranıb ki, problem həll olunacaq, kredit faizləri nisbətən də olsa aşağı salınacaq.
Əslində, heç bir iqtisadi əsaslandıma olmadan müştərilərinə istədiyi faizi yazan, verdiyi kreditdən bəzən dəfələrlə artıq faiz əldə edən, bununla da yetinməyib müxtəlif bəhanələrlə (dəbbə pulu və sair-müəl.) insanları soyan bankların fəaliyyətinin müəyyən çərçivəyə salınması zamanı çoxdan çatmışdı. Prezidentin məsələyə müdaxiləsi isə həm də onu göstərdi ki, bankların soyğunçuluğu artıq qırmızı xətti keçib.
Məsələ ondadır ki, artıq bir sıra banklar əhalini kredit faizləri ilə soymaqa kifayətlənməyib, öz müştərilərinin əlində nəyi var almağa başlamışdılar. Hətta bəzən bu müştərilər öz işçiləri olsa belə...

Abşeron rayonunun Xırdalan şəhərində kirayədə yaşayan Ağayeva Bəsti Əfqan qızının məktubunu ürək ağrısız oxumaq mümkün deyil. Məktubdan məlum olur ki, Bəsti xanımın 1984-cü il təvvəllüdlü oğlu Ağayev Sahib Qüdrət oğlu “Unibank” KB ASC-nin Nərimanov filialında işləyib. Özü də bu sahə üzrə çox bacarıqlı mütəxəssis olub. Hər bir insan kimi S.Ağayevin də müəyyən problemlərinin həlli üçün pula ehtiyacı olub. Ona görə də bir neçə yaxın qohum və tanışları ilə danışaraq qərara gəlir ki, onlar bankdan kredit götürüb borc şəklində S.Ağayevə versinlər.
Həmin kreditlərin ödənilməsini isə S.Ağayev şifahi razılığa əsasən öz öhdəsinə götürüb. Bu minvalla bankdan götürülən 54 min manat pulun 42 min manatını S.Ağayev cədvəl üzrə banka ödəyib.
Amma hansısa qaranlıq səbəbdən bank rəhbərliyi S.Ağayevin işlədiyi bankdan onun qohum-tanışlarının bu qədər pul götürməsindən razı qalmayıb. Baxmayaraq ki, S.Ağayev götürülən kreditlərin çox hissəsini vaxtlı-vaxtında ödəyib...
Məktubda qeyd olunur ki, “Unibank” KB ASC-nin müşahidə şurasının sədri Eldar Qəribov şəxsən özü S.Ağayevin həbsi üçün belə məsələlərdə əlbir işlədiyi hüquq-mühafizə orqanlarına müraciət edib. Səbəbi isə məlum deyil.
Məktub müəllifi qeyd edir ki, qəribə də olsa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri də heç bu səbəblə maraqlanmayıblar. Və günahsız bir gənci, mülki məsələ olan borc öhdəliyinə görə həbs ediblər.
“Halbuki kredit götürən qohumları və tanışları ibtidai istintaqda və məhkəmədə bildiriblər ki, pulları özləri alıb, borc şəklində S.Ağayevə veriblər. O da öz növbəsində ona borc kimi verilən pulların çox hissəsini banka ödəyib. Sonradan ödənişdə problem yaranacağını görən S.Ağayev heç bir təzyiq və xəbərdarlıq olmadan evini və avtomobilini sataraq, krediti ödəyib”-deyə məktubda bildirilir.

Ancaq nahaq yerə deməyiblər ki, haqq nazilər, amma üzülməz. Bəsti Ağayevanın məktubunda bildirilir ki, bir ana kimi onun ah-naləsini eşitməyən iki məhkəmə instansiyasının yol verdiyi kobud qanun

“Belə ki, işlərlə yaxından tanış olan Ali Məhkəmənin hakimi İlham Cəfərov əsl ədalət carçısı olaraq, apellyasiya məhkəməsinin qərarını bəraət verici əsaslarla ləğv edir, cinayət işinin təkrar baxılması üçün həmin məhkəmə instansiyasına göndərir”.
Burada çox maraqlı bir məqam ortaya çıxır. Necə olur ki, 2 instansiya məhkəməsi cinayət işi materiallarında zərərçəkmiş şəxslərin heç bir şikayət ərizəsinin olmadığını görməmiş, yalnız maraqlı tərəf kimi “Unibank” KB ASC-nin şikayətini əsas götürmüşdür. Burada qərəz açıq-aşkar ortada deyilmi?
Ananın məktubundan aydın olur ki, hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun icraatındadır. Bəsti Ağayevanın bildirdiyinə görə, Bakı Apellyasiya Məhkəməsi bank tərəfindən göstərilən təzyiqə görə əvvəlki haqsız qərarı qüvvədə saxlamaq istəyir. Görəsən, doğrudanmı, Apellyasiya Məhkəməsi günahsız bir gənci həbsdə saxlamaq üçün özündən yuxarı instansiya olan Ali Məhkəmənin əleyhinə gedəcək? Və nəyə görə? “Unibank” KB ASC-nin Nərimanov filialında sadə bir bank işçisi olan gəncin həyatının üstündən qara xətt çəkmək kimin marağındadır?
Unudulmamalıdır ki, qanunun aliliyini rəhbər tutmalı və insan taleyinə cavabdeh olan belə hakimlər yol verdikləri qanun pozuntuları ilə Azərbaycan məhkəməsinə ləkə salırlar. Məhz belə hakimlərin günahına görə Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan dövləti küllü miqdarda cərimələr ödəyir. Ancaq biz inanırıq ki, S.Ağayevin cinayət işi Avropa Məhkəməsinə çıxmayacaq.


Yəqin ki, bu sualın cavabını “Unibank” KB ASC-nin rəhbərliyi verəcək.
Onlarin da mövqeyini işıqlandırmağa hazırıq.
Vaqif Nəsibov
AzPolitika.info


Şərhlər