Menu

ABŞ dövlət katibi Con Kerri Hindistanda qəzaya düşdü

12.01.2015, 14:26
ABŞ dövlət katibi Con Kerri Hindistanda qəzaya düşdü

ABŞ dövlət katibi Con Kerri yol qəzasına düşüb. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə Hindistanın Əhmədabad şəhərindəki aeroporta gedən yolda baş verib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, Kerrinin kortejində olan iki avtomobil qəzaya uğrayıb: "Kerri onlardan birində olub. Hadisə zamanı heç kəs xəsarət almayıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol