Menu

Azərbaycan daha bir biznesmeni axtarışa verdi - Foto

12.01.2015, 14:53
Azərbaycan daha bir biznesmeni axtarışa verdi - Foto

Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşı, 64 yaşlı Arif Hüseyn Üçlər külli miqdarda vergidən yayınmaqda təqsirli bilinir.

Arif Hüseyn Üçlər Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Arif Hüseyn Üçlər Azərbaycanda bizneslə məşğul olurmuş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol