Menu

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

12.01.2015, 17:19
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Xəzər rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Yanvarın 11-də saat 19 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Rəşad Nurullayevin idarə etdiyi “VAZ-2106” və Zabit Mayılovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. R.Nurullayev və sərnişini Elçin Əliyev, habelə Z.Mayılovun Telman adlı şərnişini hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol