Menu

Kuba höküməti 53 siyasi məhbusu azad edib

12.01.2015, 20:57
Kuba höküməti 53 siyasi məhbusu azad edib

Kuba ABŞ-la əlaqələri bərpa etmək haqda razılığa uyğun olaraq 53 siyasi məhbusu azadlığa buraxıb.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Kuba höküməti məhbusları ölkədə siyasi və sosial islahatlar təşviq etdiklərinə görə həbs edib. ABŞ insan haqları qrupları ilə məsləhətləşmədən sonra məhbusların adlarını Kuba rəsmilərinə təqdim edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kubada 36 siyasi məhbus azadlıqa buraxıldı. Digər məhbusların da buraxılacağı gözlənilən idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol