Menu

Azərbaycanda alma qıtlığı yarana bilər

13.01.2015, 01:54
Azərbaycanda alma qıtlığı yarana bilər

Azərbaycan 2014/15-ci illər mövsümünün ilk 5 ayı ərzində Rusiyaya 33 min ton alma ixrac edib ki, bu da ona ixracatçı ölkələrin üçlüyünə daxil olmaq imkanı verib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, statistik məlumatlara görə, Azərbaycan Rusiyaya meyvə ixracında hazırda yalnız Serbiya və Çindən geri qalır.

Xəbərdə qeyd edilir ki, ötən il Azərbaycan bu siyahıda xeyli geridə idi. O zaman Rusiyaya meyvə ixracında Polşa ilə Moldova liderlik edirdilər. Ötən il Ukrayna hadisələrinə görə Rusiyaya tətbiq edilən sanksiyalara və Rusiyanın buna idxalat embarqosu ilə cavab verməsinə görə Azərbaycan bu ölkəyə meyvə ixracında liderliyə yüksəlmək imkanı qazanıb.

İqtisadçılar hesab edir ki, Rusiya Moldovadan və Avropa İttifaqı ölkələrindən meyvə idxalına qadağanı götürməsə, Azərbaycanın bu ölkənin meyvə-tərəvəz bazarındakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmək imkanları var.

Ekspertlər eyni zamanda onu da bildirirlər ki, alma ixracının həcminin artması bu məhsulun qiymətinin Azərbaycanın özündə də artmasına, alma qıtlığının yaranmasına gətirib çıxara bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol