Menu

Neftin qiymətində dalğalanmaların tarixçəsi

13.01.2015, 10:11
Neftin qiymətində dalğalanmaların tarixçəsi

Keçmişdən bu günə qədər neft qiymətlərində yaşanan dalğalanmaların tarixçəsi belədir:

Neft qiymətlərində meydana gələn dalğalanmalara qarşıdurmalar, müharibələr, beynəlxalq siyasi böhranlar və qlobal iqtisadiyyatdakı proseslər təsir göstərib.

Ən böyük hərəkətlilik

Qlobal neft qiymətlərindəki ilk böyük hərəkətlilik Birinci Dünya Müharibəsi dövründə baş verib və neft qiymətləri, 1914-cü ildəki 0,81 dollardan 1918-ci ildə müharibə başa çatdıqda iki dəfədən çox artımla 1,98 dollara çatıb.

Böyük Böhranın təsiri

Qiymətlər 1929-cu ildəki Böyük Böhranın təsirilə 1,27 dollardan 1935-ci ilə qədər 0,97 dollara gerilədi.

İkinci Dünya Müharibəsi

İkinci Dünya Müharibəsi əsnasında neftin qiyməti 1,02 səviyyələrindən 1,21 dollar səviyyələrinə qədər yüksəldi. 1945-ci ildə müharibə başa çatdıqda neft qiymətləri, sənaye istehsalı və yenidən inşaatın canlanmasının təsirilə 1,99 dollara qədər çıxdı.

Süveyş Kanalı təhlükəsi

Soyuq müharibənin yaşandığı 1956-cı ilin sonlarında, İngiltərə, Fransa və İsrailin Misiri işğal etməsilə Avropaya gedən neftin təxminən üçdə ikisinin keçdiyi Süveyş kanalının təhlükəsizliyi təhlükəyə girdi.

Qlobal neft ticarətində 10%-lik bir azalmaya səbəb olan böhran, Orta Şərq istehsalçılarının xaricindəki ölkələrin istehsalları sayəsində gözləniləndən az bir artımla, neftin barelinin 2.82 dollardan 3.07 dollara yüksəlməsilə nəticələndi.

Ərəb embarqosu

Ərəb ölkələri, 1967-də ABŞ və İngiltərənin Altı Günlük Müharibə əsnasında İsrailə kömək etməsindən ötəri bu ölkələrə embarqo tətbiq etdi, lakin neft qiymətlərində dəyişmə olmadı.

Ərəb-İsrail Müharibəsi

Qiymətlərdəki əsl dəyişmə, 1973-cü ildəki Yom Kippur Müharibəsində (Ərəb-İsrail Müharibəsi) İsrailə dəstək olmasından ötəri ABŞ və Qərbi Avropa ölkələrinə OPEC-in neft embarqosu tətbiqi ilə müşahidə olundu.

Embarqo nəticəsində 1973-cü ilin Oktyabr ayı ilə 1974-cü ilin Mart ayları ərzində neftin barelinin qiyməti 3 dollardan 12 dollara yüksəldi. Embarqo, qlobal durğunluğa və ABŞ-ın özünün xam neft ixracına qadağan qoymasına səbəb oldu. Ən əhəmiyyətli nəticəsi OPEC üzvlərinin nefti həm iqtisadi, həm də siyasi bir vasitə olaraq istifadə edə biləcəklərini fərq etmələri idi.

1979 İran inqilabı

Növbəti böhran İranın 1979-cu il inqilabı əsnasında neft istehsalını və ixracatını kəsməsi və ABŞ-ın neft şirkətləri ilə razılaşmalarını ləğv etməsilə meydana gəldi. 1978-ci ilin Yanvar ayından 1980-cı ilin Aprel ayına qədər xam neftin barelinin qiyməti 14 dollardan 39 dollara qədər çıxdı. Vəziyyətdən ən çox yaralanan ölkələr OPEC ölkələri oldu, neftdən asılı olan ABŞ iqtisadiyyatı yenidən durğunluğa girdi.

İran-İraq müharibəsi

İran-İraq Müharibəsinin başlaması ilə İraqın neft istehsalı azaldı. 1980-cı ilin ortalarına qədər qiymətlər 36 ilə 39 dollar səviyyələri arasında hərəkət etdi. Qazanclı çıxan ölkələr isə dünya neft bazarında bazar payını artırmağa çalışan Venesuella, Nigeriya, Meksika və ən böyük neft istehsalçısı mövqeyinə yüksələn Sovetlər İttifaqı oldu. Bu dövrdə Səudiyyə Ərəbistanı da neft istehsalını yüksəldərək dünya bazarlarındakı payını artırmağı bacardı.

İstehsal artır

Dünyada neft istehsalının artması ilə bazarlarda təklif çoxluğu yarandı. 1985-ci ilin Noyabr ayından 1986-cı ilin Mart ayına qədər keçən müddətdə neft qiymətləri 31 dollardan 12 dollara gerilədi. İran-İraq müharibəsinin 1988-ci ildə başa çatması ilə hər iki ölkə neft istehsalına yenidən başladı və 1990-cı ilin ortalarına qədər neft qiymətləri 12 ilə 18 dollar arasında dəyişdi.

İraq-Küveyt müharibəsi

İraq, qonşusu Küveyti işğal etməsi ilə neft qiymətləri 1990-cı ilin Avqust -Oktyabr ayları arasında 16 dollardan 36 dollara yüksəldi. 1991-ci ilin Fevral ayında ABŞ-ın başçılığı ilə qərb gücləri Küveyti qurtardıqdan sonrakı altı il içində neft qiymətləri 15-25 dollar səviyyələrində dalğalandı.

Asiya böhranı

Asiyada maliyyə böhranı, 1997-ci ildən əvvəl Şərqi Asiya ölkələrini, ardından digər ölkə iqtisadiyyatlarını təhlükəyə qoymasından sonra azalan qlobal neft tələbi, qiymətləri 1997-1999-cu illər arasında 25 dollardan 11 dollar səviyyəsinə qədər saldı.

Neft nəhəngləri yarandı

Bazarda qala bilməmək narahatlığı ilə birləşmə və alışlar ilə zəif neft istehsalçılarını alan ABŞ-ın Exxon və Chevron, İngiltərənin BP, Fransanın Total və Hollandiyanın Shell şirkətləri, artıq böyük neft şirkətləri olaraq tanınmağa başlandılar. Bundan başqa, Rusiya kimi gəlirləri neft ixracına bağlı olan ölkələr maliyyə böhranından ən çox mənfi təsir görən ölkələr oldu.

ABŞ-ın İraq işğalı

Asiya və dünya iqtisadiyyatı 1999-cu il ilə 2001-ci il arasında yığışdı. Qlobal neft tələbi artaraq neft qiymətlərini 11 dollardan 34 dollara yüksəltdi. 11 Sentyabr və ABŞ-ın İraqı işğal etməsilə, Orta Şərqin sabitliyi və bu bölgədən dünya bazarlarına etibarlı şəkildə neft ixracının təmin edilməsi barədə narahatlıqların artması neft qiymətlərini 26 dollardan 2008-dəki rekord səviyyələrinə qaldırdı.

İyun 2008 - Brentdən tarixi zirvə

Asiya iqtisadiyyatlarının inkişafı, qlobal iqtisadi böyümənin artması və OPEC-in azalan ehtiyatı bazarlarda yüksək tələbə və aşağı təklifə səbəb oldu. 2008-ci ilin İyun ayında Brent tipli xam neftin baelinin qiyməti tarixdəki ən yüksək səviyyəsi olan 147 dollara qədər yüksəldi.

Qlobal maliyyə böhranı

ABŞ-da 2008-ci ildə başlayan iqtisadi böhran, qlobal maliyyə bazarlarına və ölkə iqtisadiyyatlarına dərindən təsir etdi. 1929-cu ildəki böhrandan sonra yaşanan bu ən böyük böhranda cəmi itkilər, maliyyə təşkilatlarının, saysız-hesabsız şirkətlərin və bəzi milli iqtisadiyyatların çökməsi ilə trilyonlarla dollara çatdı.

Tarixsə ən böyük eniş

Neft qiymətləri, 2008-ci ilin İyun ayında 147 dollar olduğu halda Dekabr ayında 36 dollara qədər geriləyərək tarixdəki ən sürətli enişini yaşadı. 2008-dəki qlobal iqtisadi böhranın ardından yüksəlməyə başlayan xam neftin qiyməti, 2012-də 128 dollara qədər yüksəldi.

OPEC istehsalı azaltmadı

Neft qiymətləri, 2014-cü ilin İyun ayında 115 dollara qədər yüksəldiyi halda 6 Yanvar 2015-ci il tarixində 50 dollardan aşağı gerilədi (hazırda 46,55 dollar). Dünya miqyasında yaranan neft təklifi artıqlığının təsiri ilə geriləyən qiymətlərin bu səviyyələrə enməsinə, Asiya və Avropa iqtisadiyyatlarının böyümə sürətinin azalaraq qlobal neft tələbinin düşməsi, OPEC-in 27 Noyabr 2014-cü il tarixində keçirdiyi yığıncağında istehsalı azaltmaması da təsir göstərdi. ("Marja")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol