Menu

"Boko Haram"ın 150-yə yaxın üzvü öldürüldü

13.01.2015, 10:27
"Boko Haram"ın 150-yə yaxın üzvü öldürüldü

Kamerunun Kolofata şəhərində şiddətli atışmalar gedir

Kamerun Silahlı Qüvvələri “Boko Haram” terror qruplaşmasının 150-yə yaxın üzvünü zərərsizləşdirib. ANS PRESS xəbər verir ki, bu barədə AFP agentliyi Kamerun hökumətinə istinadən xəbər verir.

Məlumata görə, yanvarın 12-də “Boko Haram” silahlıları Kamerunun Kolofata şəhərində yerləşən hərbi bazaya hücum ediblər və hökumət qüvvələrinin özünmüdafiəsi nəticəsində xeyli terrorçu öldürülüb.

Şəhərdə şiddətli atışmaların getdiyi bildirilir.

Əhali isə Kolofatanı kütləvi şəkildə tərk etməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol