Menu

"Ən qanlı məzhəb qarşıdurmaları Avropada yaşanıb" - Baş nazir

13.01.2015, 11:41

davudoglu2_729“Tarixdə Avropada otuz, yüz illik müharibələr baş verib”. Lent.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Baş nazirin sözlərinə görə, belə bir fikir formalaşıb ki, Avropa tarixində sanki bu cür qarşıdurmalar yaşanmayıb: “Ən qanlı məzhəb qarşıdurmaları elə Avropada yaşanıb. Bu səbəbdən zehinlərdə çox güclü bir daxili narahatlıq var”.

Davudoğlu onu da qeyd edib ki, İslam Avropada artıq kök salıb: “Yəni müsəlmanları Avropada qaçqın kimi görmək mümkün deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol