Menu

"Hər şeydə qiymət artacaq"- İqtisadçı ekspert

13.01.2015, 12:12
"Hər şeydə qiymət artacaq"- İqtisadçı ekspert

"İki qəpiklik artım hər şeyin qiymətini artıracaq”. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı İlham Şaban söyləyib. O, hökumətin büdcədə yaranmış kəsiri doldurmaq üçün iki qəpiklik artımı həyata keçirdiyini bildirib:

“Gürcüstanla Azərbaycanda benzinin qiymətilə bağlı situasiyalar fərqlidir. Gürcüstan bazarında çox sayda oyunçular var. Həmçinin Gürcüstanın büdcəsi yanacaq bazarından formalaşmır. Azərbaycandakı məsələ isə sırf 2015-ci ilin büdcə kəsiri ilə bağlıdır. Bu mənim düşündüyümdür. Çünki iki qəpik artımın SOCAR-ın büdcəsinə və onun emal müəssisəsinə heç bir aidiyyəti yoxdur. Bu, aksiz vergisidir. Yəni bu, birbaşa Vergilər Nazirliyinə daxil olan bir məbləğdir, amma çox kiçik məbləğdir. Bununla büdcəyə hər hansı xeyir vermək olmaz. Çünki Azərbaycanın 2015-ci ildə büdcə kəsiri 1,7 milyard manatdır. Bu büdcə kəsiri neftin 90 dollar qiymətinə hesablanıb. Bu gün Brent markalı neft 45 dollardır və bu rəqəm büdcədən nəzərdə tutduğumuz məbləğdən iki dəfə aşağıdır. Neft hələ də ucuzlaşır və bədbin proqnozlar verilir. Büdcəmizin 65%-i neftdən asılıdır. Hökumət bunu nəyinsə hesabına doldurmaq haqqında fikirləşir. İndi bu 2 qəpik artım multi-effektə hesablanmış addım olacaq. Bunun ardınca nəqliyyat və digər sahələrdə müsbət artım olacaq. İki aydır Nəqliyyat Nazirliyi özünü öldürür ki, biz rentabelli deyilik. Digər bir tərəfdən də neçə milyonluq avtobus alıblar. Bunun nəticəsində ictimai nəqliyyatda qiyməti artıracaqlar. Qiyməti artıran kimi multi-effektli hər şeydə qiymət artacaq. Əgər hər şeyin qiyməti artırsa, vətəndaş öz kisəsindən bu artımları ödəyir. O artımların hesabına Ümumi Daxili Məhsul, həm də büdcəyə yığımlar artır. Həmçinin bununla bir qisim vergiləri və büdcə gəlirlərini kompensasiya etmiş olursan. Benzinin qiymətində bir daha artım görməyəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol