Menu

Yadigar Sadıqovun cəzası daha 6 ay azaldıldı

13.01.2015, 12:22
Yadigar Sadıqovun cəzası daha 6 ay azaldıldı

Ali Məhkəmə Müsavat başqanının həbsdə olan müavini Yadigar Sadıqovun şikayət ərizəsinə baxıb.

Bu barədə Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə yazıb. A. Hacılı qeyd edib ki, Yadigar Sadıqovun cəza müddətinin üzərindən daha 6 ay götürülüb.

Xatırladaq ki, Lənkəran Şəhər Məhkəməsi Y.Sadıqova 6 il həbs cəzası vermiş, Şirvan Şəhər Apelyasiya Məhkəməsi isə bu müddəti 2 il azaltmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol