Menu

Riki Martin Bakıda toyda oxudu

13.01.2015, 17:07
Riki Martin Bakıda toyda oxudu

Puerto-Rikodan olan müğənni, əsl adı və soyadı Enrike Martin Morales olan Riki Martin Bakıda olub. Milli.Az bildirir ki, 43 yaşlı müğənnini ölkədəki iş adamlarından biri qızının toyuna dəvət edibmiş.

Dəvətə görə R.Martinə ödənmiş məbləğ açıqlanmasa da, müğənninin menecerlərinin "həddən artıq razı qaldıqları" vurğulanır.

Bakıya bir günlük gəlmiş R.Martin toyda 4 mahnı oxuyandan sonra ertəsi gün Azərbaycanı tərk edib.

Maraqlıdır ki, toyda kimsənin R.Martinin fotolarını çəkməsinə icazə verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol