Menu

Polislər "Cumhuriyyət" qəzetini mühasirəyə aldı - Foto

14.01.2015, 11:52
Polislər "Cumhuriyyət" qəzetini mühasirəyə aldı - Foto

Türkiyənin “Cumhuriyyət” qəzetinin redaksiyası polislər tərəfindən mühasirəyə alınıb.

Musavat.com-un məlumatına görə, buna səbəb qəzetin “Çarli Hebdo”nun karikaturalarını yayımlaması olub. Bildirilib ki, karikaturaları dərc edəndən sonra qəzetə saysız-hesabsız təhdid zəngləri gəlib. Təhdidlər barədə polisə məlumat verilib.

Polislər təhlükəsizlik məqsədiylə dərhal qəzetin redaksiyasını mühasirəyə alıb. Yolları bağlayıb, keçən maşınları saxlatdıraraq yoxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol