Britaniyada yaşayan yəhudilərin ¼-i yaxın iki ildə ölkəni tərk etmək haqda düşünür, yarıdan çoxu isə hesab edir ki, Avropada uzunmüddətli gələcəyə malik deyillər.
Musavat.com-un məlumatına görə, bu barədə “The Guardian” yazıb.
Nəşrin bildirdiyinə görə, bundan əlavə, antisemit əhvalı geniş ictimaiyyət arasında dərinə kök atıb. “Belə ki, britaniyalıların 45%-i antisemit ovqatı dəstəkləyir”, - deyə antisemitizmlə mübarizə üzrə şirkət üçün YouGov-un hazırladığı hesabatda qeyd olunur.
Parisdə mağazaya edilən və 4 yəhudinin ölümü ilə nəticələnən hücumdan bir həftə sonra 2230 britaniyalı yəhudi arasında keçirilmiş sorğunun nəticələrinə görə, onların 58%-i hiss edir ki, Avropada güvənli gələcəyə malik deyillər, 45%-i hesab edir ki, ailələri “islam ekstremizmi”nin daimi hədələri altındadır və yarıdan çoxu düşünür ki, son iki ildə heç vaxt görmədikləri antisemit hallarının şahidi olublar.


Şərhlər