Ukraynalı millət vəkili Oleq Barna, parlament kürsüsündən Rusiya prezindenti Vladimir Putini təhqir edib. Oleq Barna Putin haqqında işlətdiyi təhqirləri, başqa deputatların da işlətməsini tələb edib. Radanın sədri Vladimir Qroysman isə Barnanı qaydalara riayət etməyə çağırıb və mikrafonu söndürüb. Deput təhqirlər səsləndirdiyi vaxt parlament kanalı "Rada" canlı yayımda olub. Deputatın qəzəblənməsinə səbəb, yanvarın 13 də separatçıların sərnişin avtobusunu raketle vurması olub. Xatırladaq ki, hadisə zamanı 11 nəfər həyatını itirmiş, 13 nəfər isə yaralanmışdı.


Şərhlər