Menu

Azərbaycanda hansı sahələrdə korrupsiya faktları aşkarlanıb?- SİYAHI

15.01.2015, 12:34
Azərbaycanda hansı sahələrdə korrupsiya faktları aşkarlanıb?- SİYAHI

Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb. APA-nın məlumatına görə, 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Baş İdarə tərəfindən ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işləri bir çox sahələri əhatə edib.

Həmin cinayət işlərinin 19-u təhsil sahəsi, 18-i bank sektoru, 3-ü sosial sahə, 7-si yerli icra orqanları, 4-ü bələdiyyələr, 3-ü səhiyyə sahəsi, 2-si daxili işlər və 1-i prokurorluq orqanları ilə bağlı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol