Menu

Çin zülmündən qaçan uyğurlar Türkiyəyə gəldi

15.01.2015, 13:42
Çin zülmündən qaçan uyğurlar Türkiyəyə gəldi

Çin rejiminin zülmündən qaçaraq Türkiyəyə gələn 500 uyğur türkü Kayseri şəhərində sığınacaqlara yerləşdirilib.

Musavat.com-un məlumatına görə, dünya uyğurlarının başqan müavini Seyid Tümtürk Türkiyəyə gələn uyğurların sayının arta biləcəyini qeyd edib.

“Zülmdən qaçanlardan 367 nəfər Taylandda tutuldu. Tutulmadan Türkiyəyə keçə bilən qardaşlarımız Kayseriyə gətirildi. Sayları arta bilər”-Tümtürk deyib.

Qeyd edilib ki gələn uyğurlar kameralara düşməkdən çəkinib və bildiriblər ki, Çin höküməti onları tanısa, gələ bilməyən yaxınlarına zülm edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol