Bu gün Bakı Apelyasiya Məhkəməsində “Unibank” Kommersiya Bankı ASC-nin Nərimanov rayon filialının sabiq əməkdaşı Sahib Ağayevin işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə virtualaz.org saytına tanınmış vəkil Adəm Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sahib Ağayevin apelyasiya şikayəti təmin edilib. Sahib Ağayevin barəsində təyin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.
Məhkəmə Sahib Ağayevə bəraət verib. Həbsdə olan Sahib Ağayev məhkəmə zalıdan azadlığa buraxılıb.
Qeyd edək ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Sahib Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Şərhlər