Menu

Tərtərdə 75 illik aviabomba aşkarlandı

15.01.2015, 19:27
Tərtərdə 75 illik aviabomba aşkarlandı

Minaların Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycanın Tərtər rayonunda qəribə tapıntı haqqında məlumat yayıb.

Təşkilatın 15 yanvar tarixli press-relizində deyilir ki, yanvarın 2-də Tərtər rayon polisi ANAMA-ya partlamamış hərbi sursat tapıldığı haqqında məktubla müraciət edib.

Agentliyin mütəxəssisləri texniki ekspertiza həyata keçiriblər və bunun 1940-cı ilə qədər istifadə olunmuş kiçik aviabomba olduğunu müəyyən ediblər. Aviabomba təhlükəsiz yerə aparılıb və zərərsizləşdirilib. Bombanın haradan gəldiyi bildirilmir.

Qeyd edək ki, Tərtər Dağlıq Qarabağla həmsərhəddir və cəbhəyanı rayondur. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol