Menu

Qərbin Rusiyaya təzyiqi artır

15.01.2015, 21:36
Qərbin Rusiyaya təzyiqi artır

Kameron və Obama «Rusiya təcavüzü» qarşısında bir olacaqlarını bəyan edirlər

ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameron The Times nəşrində birgə məqalə ilə çıxış ediblər. Məqalə onların Ağ Evdə görüşü ilə eyni vaxta təsadüf edib.

«Biz azadlıq səsini boğmağa imkan vermərik. Dəyərlərimizə və həyat tərzimizə təhlükə yaradanlara müqavimət göstərmək üçün birgə fəaliyyət göstərəcəyik», - deyə yazıda qeyd olunur.

Müəlliflər kimliyindən asılı olmayaraq ekstremistlərdən qorxub çəkinməyəcəklərini vurğulayır. «Biz əvvvəlki kimi Rusiyanın Ukraynadakı aqressiv hərəkətlərini cəsarətlə qarşılayacağıq. Əgər insan hüquqlarının belə maneəsiz pozulmasına imkan versək, hamımız qeyri-stabillikdən əziyyət çəkəcəyik. Münaqişəni diplomatik yolla həll etmək üçün əvvəlki kimi Rusiyaya təzyiq edəcəyik. Həmçinin Ukraynaya dəstəyi də davam etdirəcəyik», - deyə məqalə müəllifləri bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol