Menu

Gümrüdəki toqquşmalarda 12 nəfər yaralanıb -VİDEO

16.01.2015, 01:27
Gümrüdəki toqquşmalarda 12 nəfər yaralanıb -VİDEO

Ermənistanın Günrü şəhərindəki toqquşmalarda 12 nəfər yaralanıb. Musavat.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Polis mitinqin dağıdılması üçün səs qumbaralarından istifadə edir. Həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında xəsarət alanlar var.

Aksiya iştirakçıları Gümrüdə 6 nəfəri qətlə yetirən rus əsgəri Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil veriləcəyi dəqiq vaxtın açıqlanmamasından narazıdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol