Menu

Bakıda şirkətdə YANĞIN

16.01.2015, 10:23
Bakıda şirkətdə YANĞIN

Bakıda şirkətdə yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan "Qlobus" şirkətində baş verib.

Hadisə zamanı şirkətin ikimərtəbəli 10 otaqlı ofisinin 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları və əşyaları 35 kv.m sahədə yanıb.

Ofisin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol