Ukraynanın şərqində rusiyayönılü separatçıların nəzarətində olan regionların rəsmiləri bildiriblər ki, yanvarın 16-da Minskdə Kontakt qrupunun görüşündə iştiraka hazırdırlar.
Özünü "Luqansk Xalq Respublikası" (LNR) adlandıran qurumun rəhbəri Igor Plotnitsky yanvarın 15-də deyib ki, özü Minskə getməyəcək, Vladislav Deinego-nu göndərəcək.
Mİnskdə Ukrayna və Rusiya hökumətlərinin və ATƏT-in iştirakıyla görüş gözlənir.
"Donetsk Xalq Respublikası" (DNR) adlanan qurumun təmsilçisi Denis Pushilin də deyib ki, nümayəndə heyəti Minsk görüşünə hazırdır.
Pushilin-in sözlərinə görə, 16 yanvar danışıqlarında irəliləyiş olsa, LNR və DNR liderləri – Plotnitsky və Aleksandr Zakharchenko da Minskə gedəcək.
Kontakt qrupunun sonuncu görüşü dekabrın 24-də Mİnskdə keçirilib. ("Azadlıq" radiosu)


Şərhlər