Menu

Bu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək

16.01.2015, 13:25

TURAZ-Kartalı-Devam-EdiyorBu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlim keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

«İşıq-2015» və «Anadolu Qartalı-2015» təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərə də qatılacaqlar.

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında Qars (Türkiyə) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi, 2014-cü ilin sentyabr-oktyabr aylarında isə ilk dəfə Azərbaycanda Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin təlimi keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol