Menu

“Putinin G-7 toplantısına dəvət almaq şansı yoxdur” - Merkel

16.01.2015, 14:03
“Putinin G-7 toplantısına dəvət almaq şansı yoxdur” - Merkel

Rusiya prezidenti Vladimir Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət almaq şansı yoxdur.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə bu ilin iyun ayında G-7 sammitinə ev sahibliyi edəcək Almaniya kansleri Angela Merkel bildirib.

“G-7 və keçmiş G-8 özünü həmişə dəyərlərə əsaslanan birlik kimi nümayiş etdirib. Krımın ilhaq olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Ukraynanın şərqində baş verənlər ümumi dəyərlərə xələl gətirir”, – deyə Merkel qeyd edib.

O əlavə edib ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol