Menu

Müdafiə Nazirliyində yeni qurum yaradılıb

16.01.2015, 14:10

MNÖtən il Azərbaycan Müdafiə Nazirliyində NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi tədbirləri çərçivəsində daha bir qurum yaradılıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, yeni qurum Tərəfdaşlığın Təlim və Tədris Mərkəzi adlanır.

Qeyd edək ki, hazırda adıçəkilən qurumla yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin nəzdində, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq iarəsində Avro-Atlantik İnteqrasiya şöbəsi, NATO-nun Standartlaşdırma Sazişləri üzrə Komissiya və Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT Kafedrası fəaliyyət göstərir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol