Ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar ABŞ boksçusunun vəziyyəti pisləşib.
Ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar ABŞ boksçusu Məhəmməd Əlinin vəziyyəti pisləşib.
ANS PRESS-in məlumatına görə, keçmiş dünya çempionu 73-cü yaş gününü qeyd etdiyi gün xəstəxanalıq olub.
Məhəmməd Əlinin yaxın ailə dostu olan Bob Qannell əfsanəvi boksçunun sidik yolu infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirildiyini bildirib.
Məhəmməd Əlinin vəziyyətinin yaxşı olduğunu deyən Qannell qısa müddət ərzində onun xəstəxanadan çıxacağını söyləyib.
Qeyd edək ki, sabiq ağır çəki üzrə dünya çempionu ötən ay da vəziyyətinin pisləşməsilə xəstəxanaya yerləşdirilmişdi. Sidik yolu infeksiyası diaqnozu qoyulan boksçu 2 həftə müalicə edilmişdi.
73 yaşlı boksçu uzun illərdir həm də Parkinson xəstəliyindən əziyyət çəkir.


Şərhlər