Menu

Kiyevdə rusiyalı jurnalistlərə hücum edildi

16.01.2015, 17:07
Kiyevdə rusiyalı jurnalistlərə hücum edildi

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın “LifeNews” telekanalının çəkiliş qrupuna hücum edilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı telekanalın saytı yayıb.

Məlumatda deyilir ki, rusiyalı jurnalistlər həmin vaxt Ukraynanın Baş prokuroru Vitali Yaremanın istefasını tələb edən aksiyadan reportaj hazırlayıb.

Aksiyanın 20 nəfər iştirakçısı televiziya əməkdaşlarına yaxınlaşaraq Janna Karpenko və Aleksandra Ulyanovanın əlindən çəkiliş avadanlığını alaraq qırıblar. Qarşıdurmada jurnalistlər xəsarət almayıb.

Qızlar bu insidentdən sonra günahkarların tutularaq cəzalandırılması üçün yerli hüquq-mühafizə orqanlarına müracət ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol