Menu

Daha iki nəfər “quş qripi”ndən öldü

17.01.2015, 09:46
Daha iki nəfər “quş qripi”ndən öldü

Çinin şərqindəki Futsyan əyalətində ilin əvvəlindən 15 nəfər “quş qripi”nə yoluxub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 2 nəfər H7N9 virusunun qurbanı olub.

Çində “quş qripi”nin insandan insana keçmə faktı 2013-cü ilin martında qeydə alınıb. 2014-cü ildə isə ölkədə 120 nəfər “quş qripi”nə yoluxub, onlardan 39-u həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol