Menu

SOCAR yanacağın qiymətini endirdi - Amma Gürçüstanda

17.01.2015, 12:45
SOCAR yanacağın qiymətini endirdi - Amma Gürçüstanda

SOCAR şirkəti Gürcüstanda yanacağın qiymətini növbəti dəfə ucuzlaşdırıb. Axar.az xəbər verir ki, ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Georgia” yanvarın 14-dən etibarən bu ölkədə satılan “Premium” markalı benzinin qiymətini 1,84 lariyə, yəni 74 qəpiyə endirib.

Xatırladaq ki, SOCAR son 1 ay ərzində Gürcüstanda yanacağın qiymətini dörd dəfə ucuzlaşdırıb. “SOCAR Georgia” şirkəti ötən il dekabrın 15-də yanacağın qiymətini 2,01 lari (84 qəpik), dekabrın 25-də 1,94 lari (80 qəpik), yanvarın 9-da isə 1,89 lari (78 qəpik) etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol