Gümrüdə etiraz aksiyası iştirakçılarının 80%-i alkoqolun təsiri altında olub. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Daxili Qoşunların komandanı, general-leytenant Levon Eronosyan deyib.
Onun sözlərinə görə, kimlərsə nümayişçiləri içirdib, bundan sonra kütlə idarəolunmaz hala gəlib və məlum hadisələr baş verib. General bildirib ki, erməni polisi mövcud vəziyyətdən çıxış edərək xüsusi vasitələrə əl atıb. “Əsasən biz çox da böyük olmayan miqdarda “Fakel” adlı vasitədən istifadə eləmişik, özü də insanlar arasında yox. Biz hamımız erməniyik. Polis əməkdaşlarına necə daş və butulkalar atmaq olar?”, - deyə Eronosyan vurğulayıb.
Xatırladaq ki, Gümrüdə rus hərbi bazasının əsgəri Valeri Permyakov tərəfindən məlum qətl hadisəsi törədildikdən sonra Gümrüdə və İrəvanda etirazlar baş verib, polislə qarşıdurmada onlarla yaralanan var.


Şərhlər