Menu

“Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”- Ərdoğan

17.01.2015, 14:23
“Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”- Ərdoğan

"Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”. APA-nın “Sabah”a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən olan millət vəkilləri ilə keçirdiyi mətbuata qapalı toplantıda bildirib.

Prezident sarayında baş tutan toplantı 3,5 saat çəkib. R.T.Ərdoğan millət vəkilləri ilə söhbətində yanvarın 19-da baş tutacaq Nazirlər Kabinetinin müşavirəsinə toxunub. O qeyd edib ki, hökumət və Prezident Administrasiyası arasında koordinasiyanın təminatı üçün prezident üsul-idarəsinə ehtiyac var.

Prezident iqtisadi məsələlərdən də danışaraq, qeydiyyatdan kənar iqtisadiyyatın leqallaşması və çox sərt qərarlardan çəkinmək barədə tövsiyələr verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol