Menu

Azərbaycana hərbi texnika satan şirkətdə daha bir müəmmalı ölüm - Fotolar

17.01.2015, 14:55
Azərbaycana hərbi texnika satan şirkətdə daha bir müəmmalı ölüm - Fotolar

Türkiyədə Azərbaycan ordusuna həbi texnika satan məşhur ASELSAN şirkətinin daha bir mühəndisi müəmmalı şəkildə ölüb.

Virtualaz.org saytı xəbər verir ki, şirkətin 28 yaşlı mühəndisi Erdem Uğur yaşadığı evdə ölü tapılıb. Onun iki gündür işə gəlmədiyindən narahat olan iş yoldaşları mühəndisin evinə gəliblər. Qapının bağlı olduğunu görən dostları polisə məlumat veriblər. Qapını açan polis əməkdaşları gənc mühəndisin cansız bədinini yataq otağında tapıblar. E.Uğurun ağzında qaz borusu olub.

Qeyd edək ki, bu ASELSAN-da ilk şübhəli ölüm hadisəsi deyil. Bundan əvvəldə şirkətin bir neçə mühəndisi müəmmalı şəkildə ölmüşdülər. İlk müəmmalı ölüm hadisəsi 2006-cı ilin avqustunda baş verdi. Hüseyin Başbilen adlı mühəndis boğazı və biləyi kəsilmiş şəkildə tapılmışdı.

Ən səs-küylü 3 ölüm xəbəri isə 2007-ci ildə oldu. Həmin ilin 17 yanvarında mühəndis Halim Ünal güllələnərək öldürüldü. Az sonra  şirkətin bir mühəndisi də öldü. Evrim Yançeken adlı mühəndisin yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atdığı iddia edildi.

2007-ci ilin oktyabrında isə Burhanettin Volkan əsgərlikdə ölüb. Onun növbədə olarkən öz silahı ilə intihar etdiyi bildirildi. Ardıcıl 3 ölüm xəbərindən sonra iddia edildi ki, bu şəxslər çox məxfi hərbi layihə üzərində işlədikləri üçün öldürülə bilərdilər.ASELSAN-da müəmmalı ölümlər bunlarla bitməyib. 2013-cü ildə mühəndis Hakan Öksüz avtomobil qəzasında həlak olub.Bütün bu müəmmalı ölümlərin İsrailin kəşfiyyat xidməti “Mossad” tərəfindən həyata keçirildiyi də səsləndirilən iddialar arasındadır.

Qeyd edək ki, ASELSAN 1975-ci ildə Türk Silahlı Qüvvələrinin rabitə cihaz ehtiyaclarının ödənilməsi  üçün  yaradılıb. Şirkət ötən ilin sonlarında dünyanın ən böyük ilk 100 müdafiə sənayesi təşkilatları siyahısında 67-ci yeri tutub. ASELSAN hərbi və mülki rabitə cihazları istehsal edir. Bir çox ölkələrlə əməkdaşlığı olan şirkət 1998-ci ildən Azərbaycanla da müqavilə bağlayıb.

ASELSAN-la əldə edilən razılığa əsasən şirkət Azərbaycan Silahlı Qüvvələrinə və digər güc strukturlarına avadanlıqlar satır. Ötən ilin sonunda isə Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyi ilə ASELSAN şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmasına dair razılıq əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol