Menu

BMT Təhlükəsizlik Şurası Ukraynaya həsr olunmuş iclas keçirəcək

17.01.2015, 14:59
BMT Təhlükəsizlik Şurası Ukraynaya həsr olunmuş iclas keçirəcək

Təhlükəsizlik Şurası Ukraynada vəziyyətin yenidən gərginləşməsi ilə əlaqədar yanvarın 21-nə iclas təyin edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, diplomatik mənbə bildirib ki, müzakirələr Litvanın təşəbbüsü ilə təşkil olunur.

İclasda 15 üzv ölkənin nümayəndəsi iştirak edəcək. Qeyd olunur ki, Litva tərəfi əvvəlcədən iclasın qapalı keçirilməsini istəsə də, ABŞ müzakirələrin açıq rejimdə keçirilməsində israrlı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol