Menu

Parisdə marketə basqın edən terrorçular haqda yeni məlumat

17.01.2015, 16:39
Parisdə marketə basqın edən terrorçular haqda yeni məlumat

Fransanın paytaxtı Parisdə halal marketə soxularaq oradakıları girov götürən və polis tərəfindən öldürülən Amedi Kolubalinin 5 nəfəri Madriddən Türkiyəyə göndərdiyi məlum olub.

Musavat.com-un məlumatına görə, İspaniyanın terrorla mübarizə idarəsinin nümayəndəsi bu barədə məlumat verib. O deyib: “Parisdən Madrid hava limanına qədər dayanmadan getdiklərini düşünürük. Maşında Kolubali, arvadı Həyat, Mehdi Səbri Belhoçi, qardaşı Məhəmməd Belhoçi, Məhəmmədin arvadı və oğlu olub.

Qeyd edək ki, Madrid hava limanının təhlükəsizlik kameraları araşdırıldıqdan sonra bu şəxslərin yanlarında uşaqla orada olduqları bildirilmişdi.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə açıqlama verərək Həyat Boumedinnenin 2 yanvar tarixində Madriddən Türkiyəyə gəldiyini, İstanbulun Kadıköy səmtində bir oteldə qaldığını təsdiqləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol