Menu

Müdafiə Nazirliyi erməni KİV-nin məlumatlarını təkzib etdi

17.01.2015, 16:46

MNAzərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında yayılan xəbərləri təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol