Çinin şərqində yerləşən Cianqsu əyalətindən keçən Yanqzı çayında batan gəmidə həlak olanların cəsədləri tapılıb.
Axar.az xəbər verir ki, Şinxua Xəbər Agentliyinin verdiyi məlumata görə, gəminin batmasından sonra başladılan axtarış-xilasetmə işləri nəticəsində 21 nəfərin cəsədi tapılıb. Dünən isə üç nəfər xilas olunub.
Xatırladaq ki, dünən Çinin şərqində yerləşən Cianqsu əyalətindən keçən Yanqzı çayında 25 nəfərin olduğu bərənin batması nəticəsində aralarında 8 xarici ölkə vətəndaşının da olduğu 30-a yaxın adam itkin düşmüşdü.


Şərhlər