Menu

İran və ABŞ anlaşma ərəfəsində

17.01.2015, 21:09
İran və ABŞ anlaşma ərəfəsində

ABŞ ilə nüvə problemi ilə bağlı anlaşma mümkündür. Musavat.com Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

Arakçi “Altılıq”la Tehran arasında XİN rəhbərləri səviyyəsində yanvarın 18-də Cenevrədə keçiriləcək danışıqlar ərəfəsində İranı təmsil edir.

“Hələ ki, biz ümidliyik və mən düşünürəm ki, əgər digər tərəfdə (amerikalılarda) da zəruri xoş məram və qətiyyət varsa, anlaşma oluna bilər”, – deyə o, Cenevrədə ABŞ nümayəndəsi ilə danışıqların üçüncü gününün yekunlarından danışarkən qeyd edib. Onun sözlərinə görə, tərəflər növbəti raund ərəfəsində demək olar, bütün məsələləri götür-qoy ediblər.

Bu arada ABŞ prezidenti Barak Obama Konqresin İrana qarşı yeni sanksiyalar haqda qərar qəbul edəcəyi təqdirdə ona veto qoyacağını bəyan eləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol