Menu

CƏBHƏDƏ ATIŞMA OLUB - Erməni ordusu yenə itki verdi

18.01.2015, 01:24
CƏBHƏDƏ ATIŞMA OLUB - Erməni ordusu yenə itki verdi

Azərbaycan-Ermənistan qoşunları arasında gedən atışma nəticəsində qarşı tərəf itki verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan açıqlama verib. Artıq ölən hərbçinin adı da məlumdur. O, Voskevan kənd sakini, ordunun müqaviləli hərbçisi Arman Alikoviç Arutyunyandır. Onun sözlərinə görə, müddətdən artlıq xidmət edən hərbçi Arman Alikoviç Arutyunyan Tavuş vilayətində güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. Ovanisyanın sözlərinə görə, hərbçi kəndə yaxın sərhəddə həlak olub.

Qeyd edək ki, bu gün Ermənistanın elektron kütləvi informasiya vasitələri guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə itki verərək geri çəkilməsi barədə məlumatlar yaymışdılar.

Azərbaycan Müdafiə Nazirliyi isə yaydığı bəyanatda bu məlumatları uydurma adlandırıb:“Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır”.

Qeyd edək ki, Ermənistan ordusu son aylar 15-ə yaxın əsgərini itirib. Ermənistan Müdafiə Nazirliyi hər dəfə bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələrinin diversiyaları nəticəsində əsgərlər öldürülür. Azərbaycan Müdafiə Nazirliyi isə bunu təkzib etmişdi: "Onların gözünə hər yerdə azərbaycanlı "diversantlar" görünür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol