Avropa Birliyinin qanunverici orqanı olan Avroparlament Brüsseldəki iclasında Rusiya əleyhinə qətnamə qəbul edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, sənəddə Ukraynanın şərqində separatçıların terrorçu aktları və cinayətkar hərəkətlərinin Moskva tərəfindən dəstəkləndiyi qeyd olunur.
Xatırladaq ki, bir neçə gün öncə sərnişin avtobusunun Donetskdə separatçıların nəzarətindəki ərazidən atəşə tutulması nəticəsində 13 nəfər həlak olub. Ukraynada faciə ilə bağlı matəm elan olunub.
Avropa Parlamenti həmçinin, bir sıra şərtləri yerinə yetirənədək Rusiyaya qarşı sanksiyaları saxlamağa və hətta gücləndirtməyə çağırıb. O sırada Kremldən tələb edilir ki, ötən ilin sentyabrında əldə olunmuş anlaşmaya əməl eləsin, Ukraynanın şərq vilayətlərindən öz ordusunu və “qanunsuz silahlı dəstələrini” qeyd-şərtsiz çıxarsın, əsirlərin mübadiləsini təşkil eləsin və Ukrayna hökumətinə imkan versin ki, Krım da daxil ölkəyə nəzarəti tam bərpa eləsin.


Şərhlər