Menu

Azərbaycanın neft ixracından asılılığı azalmır

29.11.2013, 13:51
Azərbaycanın neft ixracından asılılığı azalmır

2013-cü ilin 10 ayında Azərbaycanın ixracatının 89,6%-i neft və neft məhsullarının payına düşüb.

Gömrük Komitəsinin məlumatına görə, deyilən dövrdə Azərbaycanın ixracatının 84,66%-i xam neftin, 4,93%-i neft məhsullarının payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft ixracı 0,93% artıb, neft məhsulları ixracı 7,05% azalıb.

Neft məhsulları ixracının azalmasına səbəb daxili bazarda avtomobil yanacağına ehtiyacın 10% artmasıdır.

2012-ci ildə Azərbaycanın neft və neft məhsulları ixracı 90,16% təşkil edib. Ötən il ixracatının 84,63%-i xam neftin, 5,53%-i neft məhsullarının payına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol